“Əl-Hilal” dünya futbolunun rekord qələbə silsiləsini təkrarladı

Martın 8-də Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 23-cü turunda “Ər-Riyad”a qarşı səfər oyunu “Əl-Hilal” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, sözügedən komanda bu oyunda 3:1 hesablı qələbə qazanıb və bununla da dünya rekordunu təkrarlayıb.

Söhbət dünya futbol tarixində bütün yarışlar çərçivəsində 27 oyunluq ardıcıl qələbə silsiləsindən gedir. Əvvəllər yalnız Uelsin “Nyu-Seynts” klubu 2016/2017 mövsümündə bu nailiyyətə imza atmışdı.

Hazırda “Əl-Hilal” 65 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinə başçılıq edir.

Vurğulayaq ki, Səudiyyə Ərəbistanı nəhənginin müvafiq şərikli rekurdu qırıb mütləq rekord müəyyənləşdirmək imkanı var. Bunun üçün “Əl-Hilal”a cəmi bircə qələbə kifayətdir ki, bu da AFC Çempionlar Liqasının “Əl-İttihad”la cavab oyununda (ilk oyun: 2:0), martın 12-də gerçəkləşə bilər.