“Əl-Hilal” futbol tarixində rekord qələbə silsiləsini davam etdirir

Səudiyyə Ərəbistanı Super Kubokunun yarımfinalında “Əl-Hilal” “Əl-Nəsr”i qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Arena.az məlumat verir ki, bu qələbə sayəsində Səudiyyə Ərəbistanı nəhəngi özünə aid olan dünya rekordunu bir daha yeniləyib.

Söhbət hazırda bütün yarışlar çərçivəsində 33 oyuna çatmış ardıcıl qələbə silsiləsindən gedir.

Növbəti oyunda bu klub müvafiq nəticəsini daha da yaxşılaşdıra və rekordunu bir daha yeniləyə bilər.

27 turdan sonra “Əl-Hilal” 77 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinə başçılıq edir və çempionluğa doğru inamla addımlayır. Komanda milli birinciliyin cari mövsümündə məğlubiyyət tanımır və yarış cədvəlində ən yaxın izləyicisi, “Əl-Nəsr”i (65 xal) 12 xal qabaqlayır.

Səudiyyə Ərəbistanı Super Kubokunun final oyununda “Əl-Hilal” “Əl-İttihad”la qarşılaşacaq. Oyun aprelin 11-də Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.