Əl-Xelaifi: “Super Liqa heç vaxt mövcud olmayıb”

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Avropa Super Liqasının mövcud olub-olmayacağı ilə bağlı sualı cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən, qətərli iş adamının müvafiq cavabını təqdim edir:.

“Xeyr, o mövcud deyil. Əslində, bu, bir ovuc aldadılmış insanın beynində mövcudluğundan başqa, heç vaxt mövcud olmayıb. İndi UEFA-dan üç kişi yarışının yeni tərtibatı və yenilənmiş FIFA Klub Dünya Kuboku ilə bu Super Liqa daha da qeyri-mümkündür. Heç kim bu layihəni dəstəkləməyəcək: nə azarkeşlər, nə oyunçular, nə mətbuat, nə hökumətlər, nə də klublar. Məlumdur ki, onu yalnız iki klub dəstəkləyir”, deyə Əl-Xelaifi bildirib.

Hazırda UEFA və FIFA-ya tabe olmayan bir yarış olan Avropa Super Liqası layihəsindən yalnız “Real” və “Barselona” geri çəkilməyib. “Real” müvafiq layihənin təşəbbüskarı, “Barselona” isə ən böyük dəstəkçisidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: