Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Joan Laporta ilə görüşüb.
Arena.az xəbər verir ki, görüşdə Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.
Əli Əsədov və Joan Laporta arasında Azərbaycan futbolunun inkişafı ilə də bağlı fikir mübadiləsi aparılıb. Dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf və iş adamı Adnan Əhmədzadə də iştirak ediblər.

