Əli Cahangirov İngiltərə Premyer Liqasının qalibi oldu

“Fantasy Premier League” (FPL) virtual fentezi-futbol oyununun 2022/2023 mövsümünün qalibi azərbaycanlı Əli Cahangirov olub.

Arena.az xəbər verir ki, həmyerlimizin qazandığı qələbədən sonra fikirlərini ifadə etdiyi müsahibə Premyer Liqanın rəsmi saytında yer alıb.

O, öncə FPL-ə marağından danışıb: “Bu sadəcə əyləncəlidir. Yeganə oyundur ki, real zamandakı nəticələrlə, hadisələrlə və sizin qərarlarınızla, planlarınızla əlaqədardır. Real zamandakı bu hadisələr həqiqət sizin idarəetmə üslubunuza təsir edir”.

Cahangirov gerçək həyatda Azərbaycan futboluna ümidlə baxdığını da dilə gətirib: “Bura nəhəng ərazidir (FPL). Premyer Liqa klublarının çoxsaylı azarkeşləri var. Onlardan ən böyükləri, əlbəttə ki, “Mançester Yunayted”, ardınca “Arsenal”, “Liverpul” və “Çelsi”nin azarkeşləri var.

Biz onları hər həftə izləyirik, oyunlarına baxırıq və komandalarımızı dəstəkləyirik. İngiltərə futbolu nəhəngdir, Azərbaycanda isə futbol ümumiyyətlə daha nəhəngdir. Burada (Azərbaycanda) futbol sevimli idman növüdür. Ola bilər ki, biz bir o qədər də yaxşı oynamırıq, ancaq ümid edirəm ki, biz daha yaxşı olacağıq!”

Xatırladaq ki, “Fantasy Premier League” böyük fentezi-futbol virtual oyunudur və Premyer Liqaya məxsus olan bu layihə elə, təşkilat tərəfindən də idarə edilir. Əli Cahangirov ölkəmizdən olan 4000-ə yaxın oyunçudan biridir. O, dünyanın müxtəlif ölkələrindən 11,5 milyona yaxın iştirakçı arasında hamını qabaqlamağı bacarıb. Bu qələbə sayəsində Cahangirovu bir həftəlik Britaniyaya səyahət, Premyer Liqa oyununu izləmək və saysıs-hesabsız digər hədiyyələr gözləyir.