“Kəpəz” yarımmüdafiəçisi Əli Səmədov ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2023-cü ilin yayına kimi “Kəpəz”in uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki müqaviləsinin müddəti bu yay başa çatmışdı.
Əli Səmədov “Kəpəz”in öz yetirməsidir. O, bir müddət “Sabah”da çıxış etsə də, 2020-ci ildə yenidən doğma klubuna qayıdıb.