Əlicanovla Papunaşvili “Zirə”yə qarşı oynamayacaqlar

“Kəpəz”in iki futbolçusu – Elçin Əlicanovla Georgi Papunaşvili Premyer Liqanın 27-ci turunda “Zirə” ilə oyunu buraxacaqlar.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Zirə”yə qarşı oyunda “Kəpəz”in iki futbolçusu komandaya kömək edə bilməyəcək. Bunlar Elçin Əlicanovla Georgi Papunaşvilidir. Onlar səfər matçının heyətində yer almayıblar. Elçin Əlicanov sarı vərəqə limitinə görə cəzalı duruma düşüb. Georgi Papunaşvili isə zədəlidir.

Xatırladaq ki, “Zirə” – “Kəpəz” oyunu bu gün keçiriləcək. Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq oyuna saat 16:00-da start veriləcək.