FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının açılış oyununu idarə edəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Əliyar Ağayev iyulun 21-də Gürcüstanın paytaxtı Tiflis şəhərindəki Mesxi stadionunda Belçika və Niderland yığmalarının matçında iş başında olacaq.
Azərbaycanlı ədalət təmsilçisinə yan xətt hakimləri qismində digər həmyerlilərimiz Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.
Xatırladaq ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də keçiriləcək.


