Əliyar Ağayev Avroliqa matçına təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. Arena.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Midtyulland” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Əliyar Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Oyunun VAR hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanov olacaq.

“Midtyulland” – “Lüdoqorets” matçı sentyabrın 16-da, Herninq şəhərində keçiriləcək.