Əliyar Ağayev Bolqarıstan – Monteneqro matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsinin oyununa təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, AÇ-2024-ün seçmə mərhələsinin ilk turu çərçivəsində baş tutacaq Bolqarıstan – Monteneqro matçının baş hakimi məhz Əliyar Ağayev olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə Kamal Umudlu olacaq.

Xatırladaq ki, Bolqarıstan – Monteneqro matçı martın 24-də “Ludoqorets Arena”da baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Yeri gəlmişkən, Monteneqro yığmasında “Qarabağ”ın formasını geyinən Marko Yankoviç və Marko Veşoviç də forma geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: