Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Əliyar Ağayev ÇL-in Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.
Qeyd edək ki, noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.


