Əliyar Ağayev idarə etdi, Veşoviçli Monteneqro qələbəyə sevindi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsinin Bolqarıstan – Monteneqro oyununu idarə edib. Arena.az xəbər verir ki, G qrupu çərçivəsində baş tutan oyun bu gün Bolqarıstanın Razqard şəhərində keçirilib.

“Ludoqorets Arena”da baş tutan matç qonaqların qələbəsiylə yekunlaşıb. Monteneqro millisi Nikola Krstoviçin 70-ci dəqiqədə vurduğu yeganə qol sayəsində seçmə mərhələyə 1:0 hesablı qələbə ilə başlayıb. Yeri gəlmişkən, Monteneqro yığmasında “Qarabağ”ın formasını geyinən Marko Yankoviç forma geyinib. Start heyətdə meydana çıxan sağ cinah müdafiəçisi sonadək mübarizə aparıb.

Əliyar Ağayevin bu oyundakı işi elə də çox olmayıb. FIFA referimiz bu oyunda cəmi bir sarı vərəqəyə əl atıb. O, 43-cü dəqiqədə qonaq komandanın müdafiəçisi, Madrid “Atletiko”sunda forma geyinən Stefan Saviçi cəzalandırıb.

Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Qarşılaşmanın dördüncü hakimi isə Kamal Umudlu olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: