Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün oyununu idarə edəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Sentyabrın 6-da Priştina şəhərində yerləşən “Stadiumi Fadil Vokrri”də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.