Əliyar Ağayev PAOK – AEK matçını idarə etdi – Video

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev futbol üzrə Yunanıstan Super Liqasının daha bir oyununu idarə edib.

Arena.az xəbər verir ki, o, Super Liqanın 22-ci turu çərçivəsində keçirilmiş PAOK – AEK (Afina) oyununun baş hakimi olub.

İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Oyunda hesabı 47-ci dəqiqədə qonaqlar açıblar. Meydan sahibləri buraxılan qolun əvəzini 89-cu dəqiqədə çıxa biliblər.

Ağayev görüş ərzində 5 futbolçuya sarı vərəqə göstərib. 36 yaşlı ədalət təmsilçisi PAOK-dan 2, AEK-dən isə 3 oyunçunu cəzalandırıb.

Qeyd edək ki, Əliyar Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri qismində kömək ediblər. Dördüncü hakim funksiyasını isə yerli ədalət təmsilçisi yerinə yetirib. Digər FIFA referimiz Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimi kimi çalışıb.

Bu nəticədən sonra PAOK 51 xalla 1-ci pillədə qərarlaşıb. AEK isə 49 xalla 3-cüdür.

Xatırladaq ki, Əliyar Ağayev daha öncə Yunanıstanda 9 oyuna təyinat almışdı. Super Liqa və Yunanıstan kuboku çərçivəsində baş tutan həmin oyunların siyahısını təqdim edirik:

PAOK – “Atromitos” 3:0 (10.03.2019)
“Panathinaikos” – PAOK 2:0 (02.02.2020)
“Atromitos” – AEL 1:1 (20.02.2021)
“Panathinaikos” – PAOK 3:0 (04.04.2021)
“Panathinaikos” – “Aris” 1:0 (01.05.2022)
“Olimpiakos” – AEK 1:1 (03.04.2022)
“Veriya” – “Lamiya” 1:2 (11.06.2022)
“Olimpiakos” – AEK 2:1 (12.04.2023)
PAOK – “Aris” 3:2 (30.04.2023)