Əliyar Ağayev PAOK – “Aris” matçını idarə edəcək

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ağayev Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, bu ölkənin Super Liqasının oyununu idarə edəcək.

Belə ki, FIFA referisi Super Liqanın çempionluq qrupunun 7-ci turu çərçivəsində keçiriləcək PAOK – “Aris” oyununun baş hakimi olacaq.

Əliyev Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, PAOK – “Aris” oyunu aprelin 30-da keçiriləcək.

Xatırladaq ki, Əliyar Ağayev daha öncə Yunanıstanda səkkiz oyuna təyinat alıb. Həmin oyunların siyahısını təqdim edirik:

PAOK – “Atromitos” 3:0 (10.03.2019)
“Panathinaikos” – PAOK 2:0 (02.02.2020)
“Atromitos” – AEL 1:1 (20.02.2021)
“Panathinaikos” – PAOK 3:0 (04.04.2021)
“Panathinaikos” – “Aris” 1:0 (01.05.2022)
“Olimpiakos” – AEK 1:1 (03.04.2022)
“Veriya” – “Lamiya” 1:2 (11.06.2022)
“Olimpiakos” – AEK 2:1 (12.04.2023)

Xəbəri sosial şəbəkələrdə paylaş: