Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının 2024/2025 mövsümünün pley-off mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Əliyar Ağayev Latviyanın RFS və Kiprin APOEL komandaları arasında keçiriləcək ilk oyunu idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Xatırladaq ki, avqustun 22-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə avqustun 29-da Kiprdə təşkil olunacaq.