Əliyar Ağayev “Şerif” – “Nitsa” matçına təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Konfrans Liqasının 2022/23 mövsümündə UEFA tərəfindən daha bir təyinat alıb. Arena.az xəbər verir ki, o, Moldovanın “Şerif” və Fransanın “Nitsa” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Sözügedən komandalar arasındakı ilk oyun martın 9-da Moldovada keçiriləcək. Əliyar Ağayev də məhz ilk qarşılaşmada söz sahibi olacaq. Azərbaycanlı FİFA referisinə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Xatırladaq ki, “Şerif” – “Nitsa” matçına Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: