Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün VAR və AVAR hakimləri Əliyar Ağayev və Akif Əmirəli mükafatlandırılıblar.
Arena.az xəbər verir ki, onlara mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.
Qeyd edək ki, oyun zamanı VAR və AVAR hakimləri Bakı Olimpiya Stadionunda fəaliyyət göstərdiklərinə görə matçdan dərhal sonra keçirilən mükafatlandırma mərasiminə qatıla bilməmişdilər. Məhz bu səbəbdən ədalət təmsilçiləri mükafatlarına bu gün qovuşublar.
Azərbaycan Kubokunun finalı “Bakcell Arena”da keçirilib. “Neftçi” və “Qəbələ” arasındakı həlledici oyun əyalət təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.


