Əliyar Ağayev və daha 2 hakimimiz AÇ-nin final mərhələsində!

FIFA referisi Əliyar Ağayev və FIFA referi köməkçiləri Zeynal Zeynalov ilə Akif Əmirəli beynəlxalq turnirə təyinat alıblar.

Arena.az xəbər verir ki, hakimlərimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcəklər.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final mərhələsi 21 iyun – 9 iyul tarixləri arasında keçiriləcək.