Ən ödənişli ingilis futbolçu görün, kim imiş…

Dünyada ən ödənişli ingilis futbolçunun adı açıqlanıb və bu, futbol ictimaiyyətində təəccüb doğurmasa da, birmənalı qarşılanmayıb.

Arena.az “Capology” dərgisinə istinadən məlumat verir ki, dünyada ən ödənişli ingilis futbolçu “Əl-Əhli”nin 28 yaşlı mərkəz hücumçusu Ayvan Tounidir.

Cari ilin iyun ayında Səudiyyə Ərəbistanı təmsilçisinə qoşulmuş Touni vergilərin çıxılmasından sonra həftədə 400 min funt-sterlinq məbləğində qazanc əldə edir.

Bu məbləğ müasir futbolun ən məhsuldar ingilis futbolçusu, “Bayern”in mərkəz hücumçusu Harri Keynin qazancından iki dəfə artıqdır. Keynin qazancı isə həftədə 217 min funt-sterlinq məbləğindədir.

Siyahının ilk üçlüyündə “Mançester Yunayted”in irlandəsilli ingiltərəli cinah hücumçusu Cek Qriliş qərarlaşıb. Qrilişin həfətəlik qazancı 165 min avro məbləğindədir.

İlk beşliklə “Mançester Yunayted”in cinah hücumçusu Markus Raşford (165 min funt-sterliinq) və “Real”ın yarımmüdafiəçisi Cud Bellingem (164 min funt-sterlinq) yer alıblar.