Ən seksual qadın futbolçu Ronaldo və Messi arasında seçim etdi

Xorvatiyanın qadınlardan ibarət yığmasının futbolçusu, gözəlliyi ilə məşhur Ana Mariya Markoviç açıqlaması ilə diqqət çəkib.

Arena.az “Sportske” nəşrinə istinadən məlumat verir ki, Markoviç “İnter Mayami”nin və Argentina yığmasının hücumçusu Lionel Messi ilə “Əl-Nəsr”in və Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldonu müqayisə edib.

Həmçinin Markoviç öz fikrincə onlardan hansının bütün zamanların ən yaxşı futbolçusu olduğunu deyib:

“Mənim sevimli futbolçum Kristiano Ronaldodur. Çünki o, çox intizamlıdır. Ona görə mən yeddi nömrəli köynək geyinirəm, ona görə futbol oynayıram.

O, mənim ilham mənbəyimdir. Kiminsə ondan çox kuboku olub-olmaması məni maraqlandırmır. Ürəyimdə o, bütün zamanların ən böyüyüdür və həmişə belə olacaq”, deyə Ana Mariya Markoviç duyğusalcasına bildirib.