Səudiyyə Ərəbistanında əmindirlər ki, PSJ-nin argentinalı ulduz hücumçusu Lionel Messi yeni mövsümə “Əl-Hilal”da başlayacaq.
Arena.az “Marca”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı futbol ictimaiyyəti Messinin mövsüm bitən kimi “Əl Hilal” klubu ilə müqavilə bağlayacağına əmindir.
Qeyd edilir ki, ölkədə Kristiano Ronaldo və Messi arasında yeni rəqabət müstəvisi yaratmaq ideyası ətrafında maraq var. Hazırkı vəziyyətdə bu ideyanın reallaşması mümkün təsir bağışlayır.
“Əl-Hilal” ulduz futbolçuya ildə 300 milyon avro təklif etməyə hazırdır.
Lionel Messi 2021-ci ildən PSJ-də çıxış edir. Parislilərlə Messinin müqaviləsi 2023-cü ilin yayında bitəcək. Cari mövsümdə argentinalı ulduz Paris komandasının heyətində bütün turnirlərdə 39 oyunda meydana çıxıb, 20 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.