Ərdoğan “ay-ulduzlular”ı paltardəyişmə otağında ziyarət etdi

Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan AÇ-2024-ün 1/4 final oyunundan sonra “ay-ulduzlular”ı paltardəyişmə otağında ziyarət edib.

Arena.az xatırladır ki, cənab Ərdoğan Türkiyə millisinin Niderland yığması ilə oyununu (1:2) tribunalardan izləyib.

Oyundan sonra prezident “ay-ulduzlular”ın paltardəyişmə otağına buyurub. O, burada milli komandanın hər bir üzvünün əlini sıxaraq, onlara təşəkkürünü bildirib.

Prezident həmçinin Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella ilə görüşüb və italyan mütəxəssisə onun doğma dilində – italyanca minnətdarlığını ifadə edib.