“Ərzurumspor” Yılmaz Vurala tapşırıldı

Türkiyənin “Ərzurumspor” komandasının yeni baş məşqçisi məlum olub.

Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Yılmaz Vural çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, tərəflər arasında razılıq əldə olunduğu bildirilib. Vural mövsümün sonuna qədər “Ərzurumspor”u çalışdıracaq.

Qeyd edək ki, bir müddət öncə Mesut Bakkalı istefaya göndərən Ərzurum klubu martın 23-də baş məşqçi postuna İsmail Kartalı təyin etmişdi. Lakin o, ötən gün gözlənilməz qərarla klubdan ayrılmaq istədiyini bəyan etmiş və rəhbərlik bu istefanı qəbul etmək məcburiyyətində qalmışdı.

“Ərzurumspor” bu mövsüm Super Liqada keçirdiyi 30 oyunda 27 xal toplayıb və 21 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.