Əvəzedicilər: 24-cü turun təxirə salınmış oyunlarının vaxtı bilindi

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 24-cü turun təxirə salınmış oyunlarının vaxtı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, güclü qar yağışı səbəbindən təxirə salınmış “Zirə-2” – “Kəpəz-2” və “Şamaxı-2” – “Turan Tovuz-2” oyunlarının təqvimi aşağıdakı kimi müəyyənləşdirilib:

Əvəzedicilər Liqası
24-cü tur

27 fevral

“Zirə-2” – “Kəpəz-2”
“Bayıl Arena”, 13:00.

28 fevral

“Şamaxı-2” – Turan Tovuz-2”
Şamaxı şəhər stadionu, 13:00.