Əvəzedicilər: 30-cu tura 2 heç-heçə ilə yekun vuruldu

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 30-cu turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

“Sabah”la “Qarabağ”ın əvəzediciləri arasındakı oyunda qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Səbail-2” – “Kəpəz-2” oyununda da qalib müəyyənləşməyib.

Əvəzedicilər Liqası
30-cu tur
13 aprel

“Sumqayıt-2” – “Zirə-2” 3:1
Qollar: Ruslan Əliyev, 22. Kamran Quliyev, 37. Uğur Cahangirov, 65 – Saleh Süleymanov, 49.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

14 aprel

“Qəbələ-2” – “Turan Tovuz-2” 3:1
Qollar: Mehrac Baxşalı, 25. Sənan Ağalarov, 30. Ayxan Abbaszadə, 61-öz qapısına – Sənan Aslanov, 40-pen.
Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Alıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Neftçi-2” – “Araz-Naxçıvan-2” 8:0
Qollar: Həbib İsmayılov, 29; 69. David Orucov, 33. Aşqin Abazərov, 36. İbrahim Novruzov, 45+3-pen. Cavanşir Şahbazlı, 49. Kamal Kazımov, 60; 87.
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi” Futbol Mərkəzi” (4-cü meydança), 16:00.

15 aprel

“Sabah-2” – “Qarabağ-2” 0:0
Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Aydın Baxşıyev, İrşad Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “ASK Arena”, 14:00.

“Səbail-2” – “Kəpəz-2” 2:2
Qollar: Tofiq Bayramov, 13. Oruc Məmmədov, 82 – Nemət Musayev, 9; 90+4.
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Gülnurə Əkbərzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Bayıl Arena”, 15:00.