Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2024/25 mövsümünün ilk turunun oyunları davam edir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Son çempion “Neftçi-2” yeni mövsümün açılış turunda “Turan Tovuz”un əvəzediciləri ilə ev oyunundan məğlubiyyətlə ayrılıb.
“Sumqayıt”la “Kəpəz”in əvəzediciləri arasındakı qarşılaşmada isə meydan sahibləri darmadağına seviniblər.
Turun qalan qarşılaşmaları avqustun 5-də baş tutacaq.
Əvəzedicilər Liqası
1-ci tur
3 avqust
“Araz Naxçıvan-2” – “Qarabağ-2” 1:1
Qollar: Nicat Quliyev, 76 – Nihad Həsənzadə, 57.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“ASK Arena”, 18:00.
4 avqust
“Neftçi-2” – “Turan Tovuz-2” 1:2
Qollar: İbrahim Novruzov, 7-pen – Məzahir Məmmədzadə, 61. Elçin Qasımov, 68.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 18:00.
“Sumqayıt-2” – “Kəpəz-2” 4:0
Qollar: Əjdər Hacılı, 15. Anar Əhmədzadə, 54. Nihad Orucəli, 82. Ruslan Əliyev, 90+1.
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Tərlan Talıbzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Sumqayıt Arena” (ehtiyat meydança), 18:00.
5 avqust
“Şamaxı-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 17:30.
“Zirə-2” – “Səbail-2”
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, İslam Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 18:00.