Əvəzedicilər: “Kəpəz” “Araz-Naxçıvan”a 7 cavabsız qol vurdu!

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 21-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kəpəz” və “Araz-Naxçıvan”ın əvəzediciləri üz-üzə gəliblər. Meydan sahibləri bu oyunda rəqibi biabırçı hesabla – 7 cavabsız qolla məğlub ediblər.

Maraqlıdır ki, bir gün öncə “Neftçi” də səfərdə “Sumqayıt”ın əvəzedicilərinə 8 cavabsız qol vurmuşdu.

Əvəzedicilər Liqası
21-ci tur
4 fevral

“Sabah-2” – “Turan Tovuz-2” 1:0
Qol: Emin Məcidzadə, 86.
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 13:00.

“Səbail-2” – “Qarabağ-2” 2:3
Qollar: Taleh Qarayev, 18. Samir Abdullayev, 32 – İbrahim Camalov, 6; 50-pen. Elton Mikayılov, 81.
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbov, Kərim Zeynalov, Elvin Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 15:00.

5 fevral

“Qəbələ-2” – “Zirə-2” 2:1
Qollar: Sənan Ağalarov, 40; 51 – Mahmud Ağayev, 59.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Mirnihad Seyidov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 12:00.

“Sumqayıt-2” – “Neftçi-2” 0:8
Qollar: Həbib İsmayılov, 6; 56. Ağadadaş Salyanskiy, 22-pen; 35; 90. Rüfət Abbasov, 31. Elcan Əbilov, 43. Kamal Kazımov, 45.
Hakimlər: Kamran Əliyev, Eyyub İbrahimov, Orxan İbişov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

6 fevral

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 7:0
Qollar: Fərid Kələntərov, 43; 49; 64; 71. Cavad Kərimov, 68; 73; 86
Hakimlər: Kamil Aydınov, Anar Bədəlov, Zakir Şükürzadə, Rəsul Babayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: