Əvəzedicilər: “Kəpəz” “Səbail”i tək qolla yendi

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 22-ci turun növbəti oyunu baş tutub.

Arena.az xəbər verir ki, ikinci oyun gününün yeganə qarşılaşması Gəncədə təşkil olunub.

“Kəpəz”lə “Səbail”in əvəzediciləri arasında keçirilmiş görüşdə Gəncə təmsilçisi minimal hesabla qalib gəlib.

Turun qalan görüşləri 14-15 fevralda keçiriləcək.

Əvəzedicilər Liqası
22-ci tur
12 fevral

“Qarabağ-2” – “Sabah-2” 0:4
Qollar: Nicat Quliyev, 34; 67. Yaqub Yusubov, 36. Xəyal Əliyev, 89.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rəhman Aslanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 14:00.

13 fevral

“Kəpəz-2” – “Səbail-2” 1:0
Qol: Cavad Kərimov, 41.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

14 fevral

“Turan Tovuz-2” – “Qəbələ-2”
Hakimlər: Mahmut Bağırzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu, 14:00.

“Araz-Naxçıvan-2” – “Neftçi-2”
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Rasim Axundov, Şamil İmanzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

15 fevral

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elman Kərimov, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 14:00.