Əvəzedicilər: “Kəpəz” Sumqayıtda 3 qola sevindi

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 25-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Sumqayıt”la “Kəpəz”in əvəzediciləri arasındakı 4 qolluq qarşılaşmada qələbəni qonaqlar bayram ediblər.

25-ci turun qalan görüşləri martın 3-də və 4-də baş tutacaq.

Əvəzedicilər Liqası
25-ci tur
2 mart

“Sumqayıt-2” – “Kəpəz-2” 1:3
Qollar: İlkin Məmmədov, 45 – Cəlil Allahverdiyev, 7. Adama Niane, 25. Nihat Fərəci, 41.
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

3 mart

“Sabah-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Kamil Aydınov, Elman Kərimov, Anar Bədəlov, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASK Arena”, 14:00.

“Zirə-2” – “Turan Tovuz-2”
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Gülnurə Əkbərzadə, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu, 14:00.

4 mart

“Qəbələ-2” – “Səbail-2”
Hakimlər: İslam Məmmədov, Mirnihad Seyidov, Səbuhi Əmrahov, Sərxan İsmayılov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Neftçi-2” – “Qarabağ-2”
Hakimlər: Əkbər Əhmədov, Asif Abdullayev, Kərim Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 15:00.