Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 15-ci turun növbəti görüşləri baş tutub.
Arena.az xəbər verir ki, ikinci oyun gününə üç qarşılaşma təsadüf edib.
“Araz-Naxçıvan”la “Turan Tovuz”un əvəzediciləri arasındakı oyunda meydan sahibləri tək qolla qalib gəliblər. Səfərdə “Şamaxı-2” ilə qarşılaşan “Kəpəz”in əvəzediciləri 3 cavabsız qola seviniblər. “Zirə”nin ikinci komandası da “Sumqayıt”ın əvəzedicilərini darmadağınla yola salıb.
Əvəzedicilər Liqası
15-ci tur
30 noyabr
“Sabah-2” – “Səbail-2” 2:0
Qollar: Cavid Məmmədli, 63. Şahin İbrahimov, 77.
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “ASK Arena”, 15:00.
1 dekabr
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” 1:0
Qol: Nicat Quliyev, 9.
Hakimlər: Fərid Hacıyev, Orxan İbişov, Rəhman Aslanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 11:00.
“Şamaxı-2” – “Kəpəz-2” 0:3
Qollar: Nicat Məmmədov, 45. Cavad Kərimov, 50; 56.
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Müslüm Əliyev, Rasim Musayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.
“Zirə-2” – “Sumqayıt-2” 3:0
Qollar: Rüfət Tahirov, 30. Şahmar Aşurov, 37. Vüsal Əliyev, 40-pen.
Hakimlər: Kamran Əliyev, Cəmil Quliyev, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Bakı. “ASK Arena”, 15:30.
2 dekabr
“Qarabağ-2” – “Neftçi-2”
Hakimlər: Tural Qurbanov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Azersun Arena”, 16:00.



