Əvəzedicilər Liqası: 11-ci turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 11-ci turun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

11-ci tura oktyabrın 26-da keçiriləcək bir oyunla start veriləcək. Turun qalan görüşləri ayın 27-də və 28-də baş tutacaq.

Əvəzedicilər Liqası
11-ci tur

26 oktyabr

“Turan Tovuz-2” – “Kəpəz-2”
Tovuz şəhər stadionu, 15:00

27 oktyabr

“Səbail-2” – “Sumqayıt-2”
“Bayıl Arena”, 15:00.

“Araz-Naxçıvan-2” – “Zirə-2”
Bakı. “ASK Arena”, 16:00.

28 oktyabr

“Qarabağ-2” – “Şamaxı-2”
Bakı. “Azersun Arena”, 14:00.

“Sabah-2” – “Neftçi-2”
Bakı. “ASK Arena”, 16:00.

Xəbəri istədiklərinizlə paylaşın