Əvəzedicilər Liqası: 15-ci turun hakim təyinatları bilindi

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 15-ci turun hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Növbəti turun oyunları 3-5 dekabr aralığında keçiriləcək:

Əvəzedicilər Liqası
15-ci tur
3 dekabr

“Araz-Naxçıvan-2” – “Səbail-2”
Hakimlər: Mahmud Bağırzadə, Asif Abdullayev, Rasim Axundov, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Binə qəsəbə stadionu, 14:00.

4 dekabr

“Turan Tovuz-2” – “Sumqayıt-2”
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

“Kəpəz-2” – “Sabah-2”
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Oruc Həsənov, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Zirə-2” – “Neftçi-2”
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Sənan Atayev, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.

5 dekabr

“Qarabağ-2” – “Qəbələ-2”
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Kərim Zeynalov, İrşad Aydınov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 14:00.