Əvəzedicilər Liqası: 16-cı turun təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 16-cı turun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

16-cı tura bu gün start veriləcək. Turun qalan oyunları ayın 9-da və 10-da keçiriləcək.

Əvəzedicilər Liqası
16-cı tur
8 dekabr

“Sabah-2” – “Qarabağ-2”
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Tərlan Talıbzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “ASK Arena”, 15:00.

“Səbail-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Rauf Allahverdiyev, Sənan Atayev, Anar Bədəlov, Emin Abdullayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Bayıl Arena”, 15:00

9 dekabr

“Kəpəz-2” – “Zirə-2”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Sumqayıt-2” – “Neftçi-2”
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

10 dekabr

“Turan Tovuz-2” – “Şamaxı-2”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Teymur Teymurov, Rasim Musayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 15:00.