Əvəzedicilər Liqası: 18-ci turun təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 18-ci turun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

2024-cü ilə təsadüf edəcək sonuncu tura bu gün keçiriləcək bir oyunla start veriləcək. Turun qalan oyunları dekabrın 22-də və 23-də təşkil olunacaq.

Əvəzedicilər Liqası
18-ci tur
21 dekabr

“Kəpəz-2” – “Sumqayıt-2”
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Anar Bədəlov, Nazim Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

22 dekabr

“Turan Tovuz-2” – “Neftçi-2”
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 14:00.

“Səbail-2” – “Zirə-2”
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Asiman Əzizli, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 14:00.

23 dekabr

“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Əli Əliyev, Vüsal Məmmədov, Eyyub İbrahimov, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Azersun Arena”, 14:00.

“Sabah-2” – “Şamaxı-2”
Hakimlər: Tural Qurbanov, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 15:00.