Əvəzedicilər Liqası: 21-ci turun oyun cədvəli bəlli oldu

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 21-ci turun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Əvəzedicilər Liqası
21-ci tur
4 fevral

“Sabah-2” – “Turan Tovuz-2”
Bakı. “ASK Arena”, 14:00.

“Səbail-2” – “Qarabağ-2”
“Bayıl Arena”, 15:00.

5 fevral

“Qəbələ-2” – “Zirə-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Sumqayıt-2” – “Neftçi-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

6 fevral

“Kəpəz-2” – “Araz-Naxçıvan-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.