Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 24-cü turun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
24-cü tura bu gün start veriləcək. Turun qalan görüşləri fevralın 23-də və 24-də keçiriləcək.
Əvəzedicilər Liqası
24-cü tur
22 fevral
“Neftçi-2” – “Sumqayıt-2”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
23 fevral
“Araz-Naxçıvan-2” – “Səbail-2”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Rəsul Babayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 14:00.
“Qarabağ-2” – “Sabah-2”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Azərsun Arena”, 15:00.
24 fevral
“Zirə-2” – “Kəpəz-2”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Rəhman İmami, Alik Yunusov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 14:00.
“Şamaxı-2” – “Turan Tovuz-2”
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Asiman Əzizli, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.