Əvəzedicilər Liqası: 33-cü turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 33-cü turun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Üç günü əhatə edəcək turun bütün görüşləri saat 17:00-da start götürəcək.

Əvəzedicilər Liqası
33-cü tur

3 may

“Zirə-2” – “Turan Tovuz-2”
Binə qəsəbə stadionu.

4 may

“Şamaxı-2” – “Səbail-2”
Şamaxı şəhər stadionu.

“Araz-Naxçıvan-2” – “Sabah-2”
Binə qəsəbə stadionu.

5 may

“Qarabağ-2” – “Sumqayıt-2”
Binə qəsəbə stadionu.

“Neftçi-2” – “Kəpəz-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança).