Əvəzedicilər Liqası: 7-ci turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 7-ci turun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 7-ci tura oktyabrın 17-də start veriləcək. İlk oyun “Qarabağ”la “Neftçi”nin ikinci komandaları arasında baş tutacaq. Turun qalan oyunları ayın 18-də, 19-da və 20-də keçiriləcək.

Əvəzedicilər Liqası
7-ci tur

17 oktyabr

“Qarabağ-2” – “Neftçi-2”
Binə qəsəbə stadionu, 14:30.

18 oktyabr

“Turan Tovuz-2” – “Zirə-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.

19 oktyabr

“Sabah-2” – “Şamaxı-2”
Bakı Olimpiya Stadionu (3-cü meydança), 13:00.

“Sumqayıt-2” – “Kəpəz-2”
Bakı. “Neftçi Arena” (ehtiyat meydança), 16:00.

20 oktybar

“Araz-Naxçıvan-2” – “Qəbələ-2”
Binə qəsəbə stadionu, 14:30.

Xəbəri istədiklərinizlə paylaşın