Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 8-ci turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 8-ci tura oktyabrın 25-də start veriləcək. İlk oyun “Kəpəz”lə “Neftçi”nin ikinci komandaları arasında baş tutacaq. Turun qalan oyunları bir günlük fasilədən sonra – ayın 27-də keçiriləcək.
Əvəzedicilər Liqası
8-ci tur
25 oktyabr
“Kəpəz-2” – “Neftçi-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.
27 oktyabr
“Qəbələ-2” – “Qarabağ-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.
“Şamaxı-2” – “Turan Tovuz-2”
Şamaxı şəhər stadionu, 14:30.
“Zirə-2” – “Araz-Naxçıvan-2”
Binə qəsəbə stadionu, 14:30.
“Sumqayıt-2” – “Sabah-2”
Bakı. “Neftçi Arena” (ehtiyat meydança), 15:00.



