Əvəzedicilər Liqası: 8-ci turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 8-ci turun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Növbəti tura sentyabrın 29-da start veriləcək. Turun qalan oyunları sentyabrın 30-da keçiriləcək.

Əvəzedicilər Liqası
8-ci tur
29 sentyabr

“Neftçi-2” – “Sumqayıt-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

30 sentyabr

“Şamaxı-2” – “Turan Tovuz-2”
Şamaxı şəhər stadionu, 15:00.

“Araz-Naxçıvan-2” – “Səbail-2”
Bakı. “ASK Arena”, 15:30.

“Qarabağ-2” – “Sabah-2”
Bakı. “Azersun Arena”, 16:00.

“Zirə-2” – “Kəpəz-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.