Əvəzedicilər Liqasında 24-cü turun daha 2 oyunu təxirə salındı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 24-cü turun növbəti oyunu keçirilməli idi.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutmalıydı.

“Zirə”nin əvəzediciləri “Kəpəz”in ikinci komandasını, “Şamaxı”nın əvəzedici komandası isə “Turan Tovuz”un “ikincilər”ini qəbul etməliydi. Lakin ölkə ərazisindəki qarlı hava şəraiti səbəbindən bu iki oyun təxirə salınıb.

Xatırladaq ki, ötən gün keçirilməli olan “Qarabağ-2” – “Sabah-2” qarşılaşması da güclü qar səbəbindən 25 fevral saat 15:00-a təxirə salınmışdı. Bugünkü oyunların nə vaxt keçiriləcəyi isə hələ açıqlanmayıb.

Əvəzedicilər Liqası
24-cü tur

22 fevral

“Neftçi-2” – “Sumqayıt-2” 0:0
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

23 fevral

“Araz-Naxçıvan-2” – “Səbail-2” 2:3
Qollar: Bayraməli Qurbanov, 33. Tuqay Əlizadə, 34 – Məmməd Əhmədov, 44. Bəhram Köçərli, 81-pen; 83.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Rəsul Babayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 14:00.

24 fevral

“Zirə-2” – “Kəpəz-2”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Rəhman İmami, Alik Yunusov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 14:00.

“Şamaxı-2” – “Turan Tovuz-2”
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Asiman Əzizli, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

25 fevral

“Qarabağ-2” – “Sabah-2”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Azərsun Arena”, 15:00.

Xəbəri istədiklərinizlə paylaşın