Əvəzedicilər Liqasında bir turun üç oyunu eyni stadionda

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2-ci turun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, növbəti tura avqustun 10-da keçiriləcək bir oyunla start veriləcək. Turun qalan görüşləri ayın 11-də və 12-də keçiriləcək.

Maraqlıdır ki, bu turun 3 oyunu eyni stadionda – Bakıdakı “ASK Arena”da təşkil olunacaq.

Əvəzedicilər Liqası
2-ci tur
10 avqust

“Qarabağ” – “Kəpəz”
Bakı. “ASK Arena”, 18:00.

11 avqust

“Araz-Naxçıvan” – “Şamaxı”
Bakı. “ASK Arena”, 16:45.

“Səbail” – “Neftçi”
“Bayıl Arena”, 18:30.

12 avqust

“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 18:00.

“Sabah” – “Zirə”
Bakı. “ASK Arena”, 18:00.