Əvəzedicilər Liqasında yeni mövsümün start tarixi açıqlandı

Premyer Liqa klublarının əvəzediciləri arasında keçirilən Əvəzedicilər Liqasında 2024/25 mövsümünün 1-ci turunun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əvəzedicilər Liqasında 2024/2025 mövsümünə avqustun 3-də keçiriləcək “Araz Naxçıvan-2” – “Qarabağ-2” oyunu ilə start veriləcək.

Turun qalan qalan görüşləri avqustun 4-də və 5-də keçiriləcək.

Əvəzedicilər Liqası
1-ci tur
3 avqust

“Araz Naxçıvan-2” – “Qarabağ-2”
“ASK Arena”, 18:00.

4 avqust

“Neftçi-2” – “Turan Tovuz-2”
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 18:00.

“Sumqayıt-2” – “Kəpəz-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 18:00.

5 avqust

“Şamaxı-2” – “Sabah-2”
Şamaxı şəhər stadionu, 17:30.

“Zirə-2” – “Səbail-2”
“Bayıl Arena”, 18:00.