Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 31-ci turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Qarabağ”la “Neftçi”nin əvəzediciləri arasındakı oyunda qonaqlar 3 cavabsız qolla qalib gəliblər. “Sabah”ın ikinci komandası isə “Səbail”lə ev oyunundan 6 qolla qalib ayrılıb.
31-ci turun qalan oyunları aprelin 21-də keçiriləcək.
Əvəzedicilər Liqası
31-ci tur
19 aprel
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” 3:2
Qollar: Kamil Mahmudov, 50. İftixar İbrahimov, 63; 65 – Ülvü Mədətov, 59. Fərid Cəfərov, 79.
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 16:00.
20 aprel
“Qarabağ-2” – “Neftçi-2” 0:3
Qollar: Cavanşir Şahbazlı, 33. Sənan Ağayev, 36. Məhəmməd Məmmədli, 46.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Sevda Nuriyeva, Sənan Bayramzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 16:00.
“Sabah-2” – “Səbail-2” 6:4
Qollar: Stefen Ende, 24; 90+3. Şahin İbrahimov, 57. Amir Qəribov, 60. Ramil Nuraxmedov, 65; 88 – Rəvan Abasov, 18-pen. Bəhram Köçərli, 38. Ömər Qurbanov, 43; 45+2.
Hakimlər: Əkbər Əhmədov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Bakı. “ASK Arena”, 17:00.
21 aprel
“Şamaxı-2” – “Kəpəz-2”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu, 16:00.
“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Elvin Bayramov, Anar Bədəlov, Safalı Ağayev, Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 16:00.