Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 8-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Neftçi” ilə “Sumqayıt”ın əvəzediciləri üz-üzə gəliblər. Qarşılaşma əvəzedicilərin turnirinin sonuncu qalibi olan paytaxt təmsilçisinin xeyrinə yekunlaşıb.
8-cu turun qalan görüşləri sabah keçiriləcək.
Əvəzedicilər Liqası
8-ci tur
29 sentyabr
“Neftçi-2” – “Sumqayıt-2” 2:1
Qollar: İbrahim Novruzov, 49. Həbib İsmayılov, 63 – Nihad Əhmədzadə, 62.
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Elşad Abdullayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
30 sentyabr
“Şamaxı-2” – “Turan Tovuz-2”
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Samir Hüseynov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu, 15:00.
“Araz-Naxçıvan-2” – “Səbail-2”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Vüqar Bayramov, Emin Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 15:30.
“Qarabağ-2” – “Sabah-2”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Azərsun Arena”, 16:00.
“Zirə-2” – “Kəpəz-2”
Hakimlər: Kamran Əliyev, Kamran Bayramov, Müslüm Əliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.


