Əvəzedicilər: “Neftçi” və “Qəbələ” 3 xalı 4 qolla qazandılar

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 22-ci turun növbəti oyunları baş tutub.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

“Turan Tovuz”la “Qəbələ”nin ikinci komandalarının 6 qolluq oyunu qonaqların qələbəsiylə yekunlaşıb.

“Araz-Naxçıvan”ın əvəzediciləri ilə qarşılaşan “Neftçi-2” isə 4 cavabsız qolla qalib gəlib. Bu oyunda bütün qolları Ağadadaş Salyanski vurub.

Turua sabah keçiriləcək “Zirə-2” – “Sumqayıt-2” oyunu ilə yekun vurulacaq.

Əvəzedicilər Liqası
22-ci tur
12 fevral

“Qarabağ-2” – “Sabah-2” 0:4
Qollar: Nicat Quliyev, 34; 67. Yaqub Yusubov, 36. Xəyal Əliyev, 89.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rəhman Aslanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 14:00.

13 fevral

“Kəpəz-2” – “Səbail-2” 1:0
Qol: Cavad Kərimov, 41.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

14 fevral

“Turan Tovuz-2” – “Qəbələ-2” 2:4
Qollar: Sadiq Şəfiyev, 16; 90+1-pen – Sənan Ağalarov, 24. Okan Təhməzli, 50; 62. Bilal İsmayılov, 68-pen.
Hakimlər: Mahmut Bağırzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu, 14:00.

“Araz-Naxçıvan-2” – “Neftçi-2” 0:4
Qollar: Ağadadaş Salyanski, 35; 70-pen; 75; 81.
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Rasim Axundov, Şamil İmanzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

15 fevral

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elman Kərimov, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 14:00.