Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 6-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Sabah”la “Turan Tovuz”un ikinci komandaları arasında baş tutan 4 qolluq oyunda qonaqlar inamlı qələbəyə seviniblər. Son çempion “Neftçi-2” də səfərdə “Zirə”nin əvəzedicilərinə oxşar hesabla qalib gəlib.
Əvəzedicilər Liqası
6-cı tur
14 sentyabr
“Araz-Naxçıvan-2” – “Kəpəz-2” 3:1
Qollar: Bayraməli Qurbanov, 25; 59. Qabil Əlizadə, 79 – Nemət Musayev, 43-pen.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 17:00.
15 sentyabr
“Qarabağ-2” – “Səbail-2” 3:0
Qollar: Nihad Mollayev, 12. Elmir Hüseynli, 53-pen. Mahmud Ağayev, 89.
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Müslüm Əliyev, Nazim Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. “Azərsun Arena”, 16:00.
“Şamaxı-2” – “Sumqayıt-2” 0:1
Qol: Rəvan Məşiyev, 15.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Vüqar Bayramov, Maqsud Şamıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu, 16:30.
16 sentyabr
“Sabah-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Şahin İbrahimov, 26-pen – Veysəl Rzayev, 6. Elçin Qasımov, 73. Sadiq Şəfiyev, 76.
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Samir Qaracayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “ASK Arena”, 17:00.
“Zirə-2” – “Neftçi-2” 1:3
Qollar: Vüsal Əliyev, 69-pen – Nurlan Musayev, 43. İbrahim Novruzov, 64-pen. Həbib İsmayılov, 90+4.
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Rəhman Aslanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.



