Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 10-cu turun növbəti görüşləri baş tutub.
Arena.az xəbər verir ki, ikinci oyun gününə də iki görüş təsadüf edib.
“Şamaxı” ilə “Araz-Naxçıvan”ın əvəzediciləri arasındakı oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.
“Neftçi”nin ikinci komandası da “Səbail”in əvəzediciləri ilə oyundan qolsuz heç-heçə ilə ayrılıb.
Turun qalan qarşılaşmaları oktyabrın 20-də və 21-də keçiriləcək.
Əvəzedicilər Liqası
10-cu tur
19 oktyabr
“Zirə-2” – “Sabah-2” 1:3
Qollar: Murad Ələkbərov, 80 – Şahin İbrahimov, 18. Oluvaseun Timilehin, 75. Niyazi Osmanov, 79.
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Masazır Arena” (ehtiyat meydança), 13:00.
“Kəpəz-2” – “Qarabağ-2” 1:2
Qollar: Toğrul Məmmədov, 70 – Nihat Mehralıyev, 51. Mahmud Ağayev, 65.
Hakimlər: Vüqar Həsənli, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
20 oktyabr
“Şamaxı-2” – “Araz-Naxçıvan” 1:0
Qol: Rüstəm Şıxəliyev, 82.
Hakimlər: Elvin Bayramov, Gülnurə Əkbərzadə, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 14:30.
“Neftçi-2” – “Səbail-2” 0:0
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüqar Bayramov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi” (4-cü meydança), 16:00.
21 oktyabr
“Sumqayıt-2” – “Turan Tovuz-2”
Hakimlər: Əkbər Əhmədov, Pərvin Talıbov, Asiman Əzizli, Şamil İmanzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.


