Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 17-ci turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.
Əvəzedicilərin yarışının son qalibi olan “Neftçi”nin ikinci komandası evdə “Kəpəz-2” üzərində darmadağına sevinib. Üç qolun qeydə alındığı “Zirə-2” – “Turan Tovuz-2” oyununda isə qonaqlar qələbə qazanıblar.
17-ci tura dekabrın 17-də keçiriləcək son bir oyunla yekun vurulacaq.
Əvəzedicilər Liqası
17-ci tur
15 dekabr
“Araz-Naxçıvan-2” – “Sabah-2” 3:4
Qollar: Turan Vəlizadə, 14. Bayraməli Qurbanov, 36. Sənan Ağalarov, 52 – Oluvaseun Timilehin, 17; 61. Nihat Cabbarov, 63. Turan Vəlizadə, 86-öz qapısına.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Cəmil Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “ASK Arena”, 12:00.
“Şamaxı-2” – “Səbail-2” 4:2
Qollar: Səbayıl Bağırov, 50; 79. Qurban Səfərov, 64. Ramin Əhmədov, 75 – Aqil Əzimli, 74. Tuncay Hacıyev, 82.
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.
16 dekabr
“Neftçi-2” – “Kəpəz-2” 4:0
Qollar: Həbib İsmayılov, 13; 63. Kamal Kazımov, 24. İbrahim Novruzov, 52.
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Elşad Abdullayev, İslam Məmmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
“Zirə-2” – “Turan Tovuz-2” 1:2
Qollar: Vüsal Əliyev, 89 – Fərid Cəfərov, 21. İbrahim Ramazanov, 50.
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Kərim Zeynalov, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASK Arena”, 15:00.
17 dekabr
“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Azərsun Arena”, 16:00.